Toni Kroos “Real”da qala bilər. Matc.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Madrid təmsilçisi ona 2024-25 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni birillik sözləşmə təklif etmək qərarına gəlib. Tərəflər tezliklə rəsmi danışığa başlayacaq.

Qeyd edək ki, Toni Kroos bu mövsüm “Real”ın heyətində 29 oyunda 1 qol vurub, 7 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest