31 Yanvar 2024, 16:22
FUTBOL
PSJ yay transferi üçün əsas hədəfini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Fransa çempionu “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.
Parislilərin 26 yaşlı forvard üçün ötənilki cəhdi uğursuz olsa da, rəhbərlik vaz keçmək fikrində deyil. Ancaq “qırmızı şeytanlar” onu satmağa həvəsli deyil.
Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun Premyer Liqa təmsilçisi ilə sözləşməsi 2028-ci ilin yayına qədərdi.