Rusiya millisinin Serbiya ilə yoldaşlıq oyunu FİFA reytinqində nəzərə alınacaq. Matc.az xəbər verir ki, qarşılaşma martın 21-də Moskvadakı “Dinamo” stadionunda keçiriləcək.

Bu, rusların 2021-ci ilin sonundan bəri Avropa komandasına qarşı ilk oyunu olacaq. 2022-ci ilin fevralında FİFA və UEFA Ukraynada baş verən hadisələrə görə Rusiya yığmalarının və klublarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Ümumilikdə sanksiyalar başlayandan sonra Rusiya millisi Asiya və Afrika komandaları ilə 11 yoldaşlıq oyunu keçirib (4 qələbə, 6 heç-heçə, 1 məğlubiyyət).

Qeyd edək ki, hazırda FİFA reytinqində Rusiya 38-ci, Serbiya 34-cü yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest