“Barselona” İspaniya La Liqasının XX turunda “Osasuna”nı 1:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, bu dəfə hücumçu Ferran Torres sıradan çıxıb.

23 yaşlı forvard qarşılaşmanın 7-ci dəqiqəsində zədələnərək əvəzlənib. Bununla kataloniyalıların zədəli oyunçularının sayı 9-a çatıb.

Torresə qədər Mark-Andre ter Ştegen, Serxi Roberto, İniqo Martines, Markos Alonso, Aleks Balde, Qavi, Rafinya və Joao Feliks də məşqçilər korpusunun ixtiyarında deyildi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest