01 Fevral 2024, 09:46
FUTBOL
İtaliya İdman Apellyasiya Məhkəməsi “Udineze” azarkeşlərinin “Milan”ın qapıçısı Mik Menyana qarşı irqçiliyə görə tətbiq etdiyi cəzanın yüngülləşdirilməsini qərara alıb. Matc.az xəbər verir ki, məhkəmə A seriyası təmsilçisinin şikayətini qismən təmin edib.
Udinelilərin fevralın 3-də İtaliya çempionatının XXIII turunda “Monza” ilə matçını tamaşaçısız keçirməsi ilə bağlı əvvəlki qərar ləğv edilib. Əvəzində həmin görüşdə zamanı, eləcə də A seriyasının XXV turunun “Kalyari” ilə matçında (18 fevral) “Udineze” “Curva Nord” tribunasını bağlamalı olacaq.
Qeyd edək ki, Mik Meynyan “Udineze” ilə görüşdə rəqib azarkeşlərinin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət etmişdi. Bu üzdən oyun beş dəqiqəlik dayandırılmışdı.