01 Fevral 2024, 10:10
FUTBOL
Almaniyanın köklü klubu “Şalke”nin gələcəyi təhlükə altındadı. Matc.az xəbər verir ki, Gelzenkirxen komandası dağıla bilər.
Məsələ burasındadı ki, komanda hazırda II Bundesliqada 18 komanda arasında 15-ci yerdədi. “Şalke” təhlükəli zonada qərarlaşan rəqibləri ilə eyni xala malikdi. Komanda III Bundesliqaya düşsə, iştirak lisenziyası ala bilməyəcək və fəaliyyətini dayandıracaq.
Çünki komandanın 165,1 milyon avro borcu var. Bu üzdən klubun var olması üçün hazırkı çempionatda qalması mütləqdi.