“Kocaelispor”un baş məşqçisi Ərtuğrul Sağlam TFF I Liqanın XXI turunda “Adanaspor”la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, çalışdırıcı yeni transferlərin son durumunu da dəyərləndirib.

O, bu ay heyətə cəlb edilən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin uyğunlaşma dönəminin sürətlə getdiyini deyib: “Yeni gələnlər adaptasiya dönəmi keçirlər. Onlardan Ramil Şeydayevi artıq oynatmağa başlamışıq. O, yavaş-yavaş komandaya uyğunlaşır. Daha bir transferdən sonra tam heyətlə Superliqaya vəsiqə uğrunda mübarizəni davam etdirəcəyik”.

Qeyd edək ki, “Kocaelispor” – “Adanaspor” oyunu fevralın 3-də baş tutacaq. Kocaeli klubu hazırda 39 xalla üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest