“Napoli”nin vingeri Xviça Kvaratsxeliya klubla yeni müqaviləyə razılıq verməyib. Matc.az xəbər verir ki, Gürcüstan millisinin üzvünün meneceri Mamuka Cuqeli rəhbərliyin maaşın üçqat artırılması təklifini rədd edib.

22 yaşlı ön xətt oyunçusunun hazırda illik məvacibi 1,3 milyon avrodu. “Napoli” isə ona ilinə 4 milyon avro təklif edib. Lakin menecer bu məbləğin 7 milyon avro olmasını istəyib. O, hazırda neapolluların ən az maaş alan oyunçularından biridi.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 28 oyunda 5 qol vurub, bir o qədər də assist edib. Gənc forvardın hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest