FİFA futbol klublarının beynəlxalq transferlərdəki xərclərə əsasən, 2023-cü ildə rekord qırdığını açıqlayıb. Matc.az xəbər verir ki, araşdırmaya görə, il ərzində 74 min 836 beynəlxalq transfer baş tutub.
FİFA futbol klublarının beynəlxalq transferlərdəki xərclərə əsasən, 2023-cü ildə rekord qırdığını açıqlayıb. Matc.az xəbər verir ki, araşdırmaya görə, il ərzində 74 min 836 beynəlxalq transfer baş tutub.
2022-ci illə müqayisədə xərclənən pul 48,1 faizlik artımla müşahidə olunub. Bu da 9 milyard 630 milyon dollar deməkdi. Bir il əvvəl bu məbləğ 6,5 milyard dollar idi.
Transferlərə ən çox pul xərcləyən İngiltərə klubları olub. İngilislər keçidlər üçün 2 milyard 956 milyon dollarlıq xərc çəkiblər. Ən çox qazanc götürən klublar isə Almaniya təmsilçiləri olub. Almanlar oyunçu satışından 1,2 milyard dollar qazanıblar.
Ölkə xaricinə ən çox futbolçu göndərən ölkə Braziliyadı. Cənubi Amerika ölkəsinin klublarını 2023-cü ildə 1217 oyunçu tərk edib. Ölkə xaricindən ən çox oyunçu gətirən ölkə isə Portuqaliya olub – 1017 transfer. Portuqaliya klubları təkcə Braziliyadan 414 futbolçu alıblar.
2023-cü ildə klubları beynəlxalq transferlərə ən çox xərc çəkən ölkələr:
1. İngiltərə - 2 milyard 956 milyon dollar
2. Fransa - 991 milyon
3. Səudiyyə Ərəbistanı - 970 milyon
4. Almaniya - 850 milyon
5. İtaliya - 757 milyon
6. İspaniya - 469 milyon
7. Niderland - 318 milyon
8. Portuqaliya - 269 milyon
9. Türkiyə - 260 milyon
10. Belçika - 241 milyon