Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar qəbul edilib:
 
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “bayquşlar” 800 manat ziyana düşüb.
 
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “qırmızı-qaralar”ın 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, Qəbələ klubu 1500 manat cərimə edilib. 
 
“Sumqayıt” – “Neftçi” oyununda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Gənclik şəhəri” təmsilçisi 700 manat cərimə olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest