"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb.

"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb.

Buna səbəb oyunçunun əvəzedicilərin çempionatında, "Səbail-2" ilə matçda komanda yoldaşını vurması olub. Onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil.

Qeyd edək ki, AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib. report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest