Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”la oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komandasının 7:1 hesabı ilə qalib gəldiyi görüşdə mütəxəssis 400-cü qalibiyyətinə sevinib.

Çalışdırıcı 2008-ci ildən rəhbərlik etdiyi ağdamlıların sükanı arxasında 400-cü dəfə komandasını uğura daşıyıb. Onun rəhbərliyi altında “Qarabağ” ilk qələbəsini 2008-09 mövsümündə Premyer Liqanın “Bakılı” ilə qarşılaşmasında (2:1) əldə edib.

Qeyd edək ki, “Qarabağ” “Sabah”la oyunda cari mövsüm 25-ci qələbəsini qazanıb. Bunun 15-i Premyer Liqa, 8-i avrokuboklar, 2-si isə ölkə kubokuna düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest