Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda baş tutub. İclasa AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri qatılıblar.
Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda baş tutub.
İclasa AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri qatılıblar.
Onlar Azərbaycan futbolu ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.
Həmçinin AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək klub nümayəndələrinə VAR sisteminin iş prinsipləri barədə məlumat verib, onların suallarını cavablandırıb.