01 Fevral 2024, 15:37
FUTBOL
Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Kurban Berdıyev klubu Mahaçqala “Dinamo”sundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 71 yaşlı mütəxəssis komandadan ayrılmaq qərarına gəlib. Berdıyev tərəflərdən birinin əməkdaşlığa birtərəfli şəkildə son qoymasına imkan verən bənddən istifadə edib. Rəhbərlik bu qərarı anlayışla qarşılayıb. Ancaq o, yeni baş məşqçi təyin olunana qədər komandanı mövsümün ikinci dövrəsinə hazırlamaqda davam edəcək.
Qeyd edək ki, Kurban Berdıyev 2023-cü ilin yayından “Dinamo”ya rəhbərlik edir.