“İndi planlarım ailəmlə birlikdə tətilə çıxmaqdı, sonrasına baxarıq. Əlbəttə ki, ideal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim. Amma bu, həmişə olmur. Maraqlı təklifin nə vaxt olacağını bilmirsiniz. Düşünürəm ki, bir ay mənə kifayət edəcək”.

“Sabah”dan istefa verən Murad Musayev Rusiya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis işsiz qalmaq istəmir.

O, tezliklə məşqçiliyə qayıtmaq arzusunda olduğunu bildirib:

“İndi planlarım ailəmlə birlikdə tətilə çıxmaqdı, sonrasına baxarıq. Əlbəttə ki, ideal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim. Amma bu, həmişə olmur. Maraqlı təklifin nə vaxt olacağını bilmirsiniz. Düşünürəm ki, bir ay mənə kifayət edəcək”.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest