“Sevilya” “Tottenhem”in hücumçusu Alekso Velizlə müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano paylaşım edib.

İspaniya klubu 19 yaşlı argentinalını mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. “Sevilya”nın onu birdəfəlik transfer etmək hüququ olmayacaq.

Qeyd edək ki, Alekso Veliz “Tottenhem”ə mövsümün əvvəlində “Rosario Sentral”dan 15 milyon avroya keçib. O, bu mövsüm Premyer Liqada 8 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest