“Napoli” yarımmüdafiəçisi Canluka Qaetanonu icarəyə verib. Matc.az xəbər verir ki, futbolçu mövsümün ikinci yarısını “Kalyari”də keçirəcək.

23 yaşlı oyunçu yaya qədər yeni komandasına məxsus olacaq. “Napoli”nin yetirməsi olan Qaetanonun klubla müqaviləsi gələn ilin yayına qədərdi. Yəni mövsümün sonunda o, neapolluların heyətinə dönəcək.

Qeyd edə ki, Qaetano bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest