Kriştiano Ronaldonun komandası “Əl-Nəsr”lə Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” arasında yoxlama görüşü keçirilib. Matc.az xəbər verir ki, komandalar hazırlıq çərçivəsində Riyad Kubokunda üz-üzə gəliblər.

Ronaldonun zədəli olduğu üçün tribunadan izlədiyi görüşə Messi ehtiyatdan başlayıb və yalnız son 7 dəqiqədə meydanda olub. Qarşılaşa isə Səudiyyə Ərəbistanı komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ABŞ klubu ilə matçda Anderson Taliska het-trikə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest