02 Fevral 2024, 13:10
FUTBOL
Müğənni Robbi Uilyams İngiltərənin “Port Vale” klubunun prezidenti olub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uilyam təyinatla bağlı fikirlərini də bölüşüb: “Mənim həyatım qəribə və gözəl olub, çoxlu dönüşlər yaşamışam. Prezident vəzifəsi xüsusi bir şeydi”.
Qeyd edək ki, “Port Vale” İngiltərənin 3-cü dərəcəli liqasında çıxış edir. Komanda 26 turdan sonra turnir cədvəlində 20-ci yerdədi.