02 Fevral 2024, 12:30
FUTBOL
"Sabah"ın baş məşqçi postundan ayrılan Murad Musayev açıqlama verib.
Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis rəhbərlik haqda danışıb:
"Mətbuatda deyirlər ki, mənim “Sabah” rəhbərliyi ilə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta onların ideal olduğunu deyə bilərsiz. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət şeylər olacaq”.