02 Fevral 2024, 15:00
FUTBOL
"Milan"ın müdafiəçisi Marko Pelleqrino klubu müvəqqəti tərk edib.
Matc.az xəbər verir ki, argentinalı futbolçu karyerasına icarə əsasında "Salernitana"da davam edəcək. Tərəflər arasında imzalanan müqavilə 30 iyun 2024-cü il tarixinədək qüvvədədir.
Futbolçu bu mövsüm "rossonerilər"in heyətində cəmi 1 oyun keçirib.