02 Fevral 2024, 18:52
FUTBOL
"Strasburq" və Belçika millisinin qapıçısı Matz Sels karyerasını “Nottingem Forest”də davam etdirəcək.
Matc.az xəbər verir ki, futbolçu ilə 3,5 yarımlıq müqavilə imzalanıb. O, yeni komandasında 26 nömrəli forma geyinəcək. Transferin məbləği 8 milyon avro qiymətləndirilir.
Sels 2018-ci ilin yayında "Nyukasl"dan "Strasburq"a transfer olmuşdu. O, Fransa klubunun heyətində 175 oyun keçirib, 230 qol buraxıb və 42 dəfə qapısını təmiz saxlayıb.