"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə Premyer Liqasının 22-ci turunun "Vulverhempton"la matçında (4:3) məhsuldar ötürmə edib.
 
Matc.az xəbər verir ki, beləliklə, Fernandes Premyer Liqada 37-ci assistini edib və bu göstəricidə Kriştianu Ronalduya çatıb. Portuqaliyalı futbolçular arasında İngiltərə çempionatında yalnız Nani daha çox məhsuldar ötürmə edib - 43.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest