"Betis" "Osasuna"nın hücumçusu Luis Ezequiel Avilanı 4 milyon avroya transfer edib.
 
Matc.az xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədərdir.
 
Avila 2019-cu ilin yayından “Osasuna”da çıxış edir. Onun aktivində 123 oyun, 29 qol, 10 məhsuldar ötürmə və 30 kart (27 sarı və 3 qırmızı) var. O, bu mövsüm La Liqa və Avropa Liqasında 19 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə edib və 6 vərəqə alıb (4 sarı və 2 qırmızı). "Transfermarkt" portalı 29 yaşlı argentinalıya 3,5 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest