“Qarabağ” Leandro Andrade ilə müqaviləni yeniləyib. 

Matc.az klubun saytına istinadən xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest