Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ilk ayında dünyada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda üçhakimiyyətlilik hökm sürür.
Lakin onlar arasında PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının yüksək reytinqinə görə zirvədə qərarlaşıb. Ulduz futbolçu yanvarda 7 dəfə fərqlənib.
Azərbaycanda isə yanvarda “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir hamını qabaqlayıb. Fransalı 4 dəfə rəqibləri mərkəzə dəvət edib. O, 2 dəfə Premyer Liqada, 2 dəfə isə ölkə kubokunda fərqlənib. Lakin bu, Zubirin siyahıya düşməsinə kifayət etməyib.
1. Kilian Mbappe (Fransa / PSJ) – 7 qol
2. Evanilson (Braziliya / “Porto”) - 7
3. Samuel Pançotti (San Marino / “Folqore”) - 7
4. Aymen Hussein (İraq / “Əl Caviya”) - 6
5. Duşan Vlahoviç (Serbiya / “Yuventus”) - 6
6. Vissam Ben Yedder (Fransa / “Monako”) - 6
7. Viktor Qyökeres (İsveç / “Sportinq”) - 6
8. Luk de Yonq (Niderland / PSV) - 6
9. İqor Tyaqo (Braziliya / “Brügge”) - 6
10. Cengiz Ündər (Türkiyə / “Fənərbağça”) - 6
11. Rey Manaj (Albaniya / “Sivasspor”) - 6
12. Mişi Batşuayi (Belçika / “Fənərbağça”) - 6
13. Qonzalo Mastriani (Uruqvay / “Amerika Mineyro”) - 6
14. Aleks Ambrozini (İtaliya / “La Fiorita”) - 6
15. Lukas Silva (Braziliya / “Vofoo Tai Po”) - 6
16. Yussef Ezzejjari (İspaniya / “Visaka”) - 6