“Real” heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, İspaniya klubu 17 yaşlı ukraynalı qapıçı İlya Voloşinlə müqavilə imzaladığını açıqlayıb.

O, “kral klubu” ilə 2026-cı ilin yayına qədər sözləşmə bağlayıb. 202 santimetr boya malik qolkiper əvvəllər İspaniyanın gənclərdən ibarət komandalarında çıxış edib. Voloşin 2022-ci ilin sentyabrında azad agent kimi İspaniyanın “Novelda” klubuna keçib. Oyunçu “Dnepr”in yetirməsidi.

Qeyd edək ki, “Real”ın heyətində cari mövsüm əsas qapıçıya çevrilən digər ukraynalı Andrey Lunin də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest