Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının “Yurqorden”dəki komanda yoldaşı Lukas Berqvallın yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, “Barselona” ilə ilkin razılıq əldə edən isveçli yarımmüdafiəçi son anda fikrini dəyişib.

Buna səbəb Xavinin mövsümün sonunda ayrılacağını açıqlaması olub. Nəticədə 17 yaşlı Berqvall “Tottenhem”lə müqavilə imzalayıb. Razılığa əsasən, futbolçu yayda londonlularla 5 illik müqavilə bağlayacaq. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandırıb.
Qeyd edək ki, ötən ilin əvvəlindən “Yurqorden”in formasını geyinir.