“Neftçi”nin 4 futbolçusu Premyer Liqanın XXI turunda “Sumqayıt”la keçiriləcək səfər oyununu buraxacaq. Matc.az xəbər verir ki, onlardan 3-ü zədə, 1-i isə cəza səbəbindən sabah məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan cinah oyunçusu Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Asiya Kubokunda millisi ilə çıxışını başa vuran yarımmüdafiəçi Ataa Caber müalicə alır.
Ötən turda sarı vərəqə alan müdafiəçi Azər Salahlı isə vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.
Qeyd edək ki, sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.