“Neftçi” hücum xəttini gücləndirməyə hazırlaşır. Matc.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu həmin ölkədən olan Milan Pavkovla müqavilə bağlayacaq.

“Neftçi” hücum xəttini gücləndirməyə hazırlaşır. Matc.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu həmin ölkədən olan Milan Pavkovla müqavilə bağlayacaq.

Bildirilib ki, Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubu ilə sözləşməsinə xitam verən 29 yaşlı forvard “ağ-qaralar”a azad agent kimi keçəcək. Onun “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, 2022-ci ildən Səudiyyə Ərəbistanı klubunda çıxış edən Milan Pavkov ötən mövsüm 23 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest