Avropa klubları Superliqada iştirakla bağlı qərarlarını açıqlamağa başlayıblar. Matc.az xəbər verir ki, artıq 3 komanda bu turnirə qatılmaqdan imtina edib.

Bunlar “Roma”, “Feyenord” və “Marsel”di. Adıçəkilən klublar rəsmi sayt vasitəsilə UEFA-nın nəzarəti altında təşkil olunan turnirlərdən başqa heç bir yarışda iştirak etməcəklərini bəyan ediblər.

Qeyd edək ki, “Barselona”nın prezidenti Joan Laporta bu yaxınlarda Avropa Superliqasının tezliklə başlayacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest