"Mançester Yunayted" 19 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının yarımmüdafiəçisi Kobbi Maynla yayda yenilənmiş müqavilə təklif edəcək.
 
Matc.az xəbər verir ki, buna səbəb futbolçunun Premyer Liqanın 22-ci turunun “Vest Hem”lə matçda vurduğu qələbə qolu olub. "Qırmızı şeytanlar" rəhbərliyi Maynın tez bir zamanda əsas komandaya uyğunlaşdığını düşünür.
 
18 yaşlı yarımmüdafiəçi mankunianlıların yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 13 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı ingilis futbolçunu 6 milyon avro dəyərində qiymətləndirir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest