03 Fevral 2024, 20:12
FUTBOL
"Krasnodar" Serbiya millisinin hücumçusu Andriya Zivkoviçin alınması ilə bağlı PAOK-la danışıqlar aparır.
Matc.az xəbər verir ki, danışıqların ilk mərhələsində klublar qiymətlə bağlı razılaşmayıblar. PAOK futbolçusu üçün 7 milyon avro tələb edib və bu səbəbdən tərəflər razı olmayıb.
"Öküzlər" Avropa transfer pəncərəsinin bağlanmasından sonra danışıqları bərpa edib.
Zivkoviç PAOK-a 2020-ci ilin sentyabrında "Benfika"dan keçib. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 27 yaşlı serbiyalıya 7 milyon avro qiymət qoyub.