03 Fevral 2024, 22:12
FUTBOL
Məhkəmə "Əl-Raed"in yarımmüdafiəçisi Matias Normann keçmiş klubu "Rostov"a 2,9 milyon avro ödəməyə məcbur edilib.
Matc.az xəbər verir ki, bu barədə FİFA qərar verib. Rusiya klubu ödənişi alana qədər Norman diskvalifikasiya olunacaq. Norveçlinin qərardan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət etmək üçün 21 günü var.
Xatırladaq ki, Norman “Dinamo” və “Rostov”la müqaviləsini birtərəfli qaydada ləğv edərək Rusiyanı tərk edib.