Belçika millisinin sabiq futbolçusu Eden Hazard pəhriz saxlamağın performansa təsiri ilə bağlı fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı Hazard əylənməyi sevdiyini bildirib:
 
"Pəhrizə məhəl qoymadığımı deyə bilmərəm. Sadəcə çox diqqət etmirdim. Amma mən hər gün "McDonalds"a getmirdim - belə olsa 16 il elit səviyyədə oynaya bilməzdim. Sadəcə olaraq buna əhəmiyyət verməmişəm. Mən əyləncəli insanam: yemək yeməyi, dostlarla əylənməyi, içməyi sevirəm. Bəzən oyundan bir gün əvvəl kiçik bir badə içərdim. Mənə görə pəhriz boş şeydir və faydasızdır". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest