"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona"nın çalışdırıcısı Xavinin hakimlərin onun komandasına təzyiq etdiyinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib:
 
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Xavinin haqsız olduğunu qeyd edib:
 
"İspaniya futboluna hörmətimlə o səviyyəyə enmək belə istəmirəm. Bu qeyri-peşəkar bir hərəkətdir. Mən o səviyyəyə enmək fikrində deyiləm. Xavinin səsləndirdiyi fikirlər qeyri-peşəkardır".
 
Qeyd edək ki, İspaniya La Liqasının 23-cü turunda "Barsa" səfərdə "Alaves"in qonağı olub və 3:1 hesablı qələbə qazanıb. Görüşün 72-ci dəqiqəsində oyunun baş hakimi kataloniyalıların hücumçusu Vitor Roke qırmızı vərəqə alaraq meydanı tərk edib. Bu qərar "blauqrana" tərəfindən birmənalı qarşılanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest