"Tottenhem"in hücumçusu Riçarlison Premyer Liqada "Everton"la matçda (2:2) dubl edib.
 
Matc.az xəbər verir ki, 4-cü dəqiqədə hesabı açan futbolçu “irislər”in azarkeşlərinə hörmət əlaməti olaraq qolu qeyd etməyib. Azarkeşlər isə alqışlarla cavab veriblər. İkinci qolu vurandan sonra isə o, köynəyini üzünə çəkib.
 
Xatırladaq ki, braziliyalı 2018-2022-ci illərdə "Everton"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest