"Araz Naxçıvan" Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə matç üçün hazırlığını bu gün görüşün keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, təxminən 1 saat davam edən məşqdə zədəli futbolçular Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyiblər. Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
 
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sabah saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest