05 Fevral 2024, 09:01
FUTBOL
Daha bir yığmada baş məşqçi vəzifəsindən qovulub. Matc.az xəbər verir ki, Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Konqo DR-ya (1:1, penaltilərlə 7:8) məğlub olan Misir yığması Ruy Vitoriya ilə yollarını ayırıb.
Misir Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verildiyini açıqlayıb. Yığmaya müvəqqəti olaraq Mohamed Yussef rəhbərlik edəcək. Qurum yeni baş məşqçinin də əcnəbi olacağını bəyan edib.
Qeyd edək ki, Ruy Vitoriya 2022-ci ilin yayından Misir yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 18 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.