“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Artur Jorjenin yetirmələri “Moreyrense” ilə qarşılaşıb.
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Artur Jorjenin yetirmələri “Moreyrense” ilə qarşılaşıb.
XX tur matçı Braqada baş tutub və meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Yeganə qola 8-ci dəqiqədə Abel Ruiz imza atıb. Bu qələbə ilə “Braqa” xallarının sayını 40-a çatdırıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də Portuqaliyada, 22-də isə Azərbaycanda keçiriləcək.