“Qarabağ”ın hücumçusu Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, braziliyalı forvard “Fənərbaxça”ya təklif olunub.

Hücumçu axtarışında olan İstanbul nəhənginin ilk hədəfi sabiq “Neftçi”li Mateus Saldanyadı. Hazırda “Partizan”da çıxış edən braziliyalının performansı klub rəhbərliyinin diqqətini çəkib.

Lakin seleksiyaçılar Juninyonun həmyerlisindən daha keyfiyyətli olduğunu düşünürlər. Onlar 27 yaşlı forvardın Saldanyadan fərqli olaraq, Türkiyə çempionatına daha tez uyğunlaşacağını düşünür.

Qeyd edək ki, Olavio Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest