05 Fevral 2024, 10:36
FUTBOL
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasının XXIII turunda “Vest Hem”lə oyunda (3:0) fərqlənib. Matc.az xəbər verir ki, bununla 21 yaşlı forvard klubun tarixinə düşüb.
Danimarka millisinin üzvü İngiltərə çempionatının ardıcıl 4 görüşündə qol vuran ən gənc oyunçu ünvanını ələ keçirib. Maraqlıdı ki, o, 21-ci ad günündə bunu reallaşdırıb.
Qeyd edək ki, Rasmus Hoylund “Mançester Yunayted”ə ötən il “Atalanta”dan keçib.