“Arsenal” İngiltərə Premyer Liqasında “Liverpul”un uzunmüddətli məğlubiyyətsizlik seriyasına son qoyub. Matc.az xəbər verir ki, XXIII tur görüşündə Yurgen Kloppun yetirmələri rəqibinə 1:3 hesabı ilə uduzub.

“Mersisaydlılar” buna qədər ölkə çempionatında axırıncı dəfə sentyabrda – “Tottenhem”lə qarşılaşmada uduzmuşdu. Həmin vaxtdan bəri “qırmızılar” 15 oyun idi məğlub olmurdu.

Bütün turnirləri nəzərə alsaq, bu, “Liverpul”un 12 oyundan sonra ilk məğlubiyyətidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest