"İnter"in hücumçusu Lautaro Martinez klubu ilə müqaviləsinin uzadılması ilə bağlı sualı cavablandırıb.
 
Matc.az xəbər verir ki, argentinalı forvard danışıqların davam etdiyini vurğulayıb:
 
"Hələ xəbər yoxdur. Biz əlaqə saxlayırıq və yeni müqavilə üzərində işləyirik. Düzgün yoldayıq, “İnter”də oynadığım üçün çox şadam, ona görə də narahat olmağa dəyməz. Sadəcə danışmaq və hər şeyi razılaşdırmaq lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest