17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, komandamız toplanış zamanı beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17, 22-də isə Özbəkistanın U-18 yığması ilə üz-üzə gələcək.

Turnirin final mərhələsinin matçları fevralın 24-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest