05 Fevral 2024, 14:05
FUTBOL
Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la qarşılaşacaq “Kəpəz” daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Georgi Papunaşvili bugünkü görüşdə iştirak etməyəcək.
Buna səbəb 28 yaşlı gürcüstanlı futbolçunun xəstələnməsidi. Həmçinin Yeqor Xvalko, Mate Kvirkvia və Elmir Tağıyev də cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, Qəbələ şəhər sadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.