05 Fevral 2024, 15:31
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, gənc oyunçu “Vulverhempton”a 2:4 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXIII tur oyununda fərqlənməklə bunu bacarıb.
Bu, Palmerin cari mövsüm Premyer Liqada 10-cu qoludu. O, İngiltərə çempionatında bir mövsüm ərzində 10 dəfə fərqlənən 21 yaşadək ilk “Çelsi” futbolçusu olub.
Qeyd edək ki, Koul Palmer “Çelsi”yə ötən il “Mançester Siti”dən keçib.