"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada "Qranada" ilə oyunda iştirak edə biləcək.
 
Matc.az xəbər verir ki, qolkiper belindəki ağrılar səbəbindən noyabrın 12-dən bəri oynamırdı. Dekabrda futbolçu əməliyyat olundu və dünən ümumi qrupla yenidən məşqlərə başladı.
 
“Qranada” ilə görüş fevralın 12-də baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest