05 Fevral 2024, 21:20
FUTBOL
“Roma”nın baş məşqçisi postundan qovulan Joze Mourinyo komandanın futbolçularının ona xəyanət etdiyini düşünür.
Matc.az xəbər verir ki, sükançı ən çox kapitan Lorenzo Pelleqrinidən narazıdır. Mütəxəssisin sözlərinə görə, kapitan komandanın lideri kimi rəhbərliyi onunla vidalaşmamağa inandırmağa çalışmalı idi.
Daha əvvəl məlum olub ki, portuqaliyalının İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.