İngiltərə Premyer Liqasında XXIII tura “Brentford” – “Mançester Siti” oyunu ilə yekun vurulub. Matc.az xəbər verir ki, Pep Qvardiolanın komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, çempionatın bu turunda vurulan qolların ümumi sayı 45 olub. Bu rəqəm Premyer Liqa tarixində yeni rekorddu. Əvvəlki rekord 2020-21 və 2022-23 mövsümlərində bir tur ərzində 44 qol olub.

Qeyd edək ki, hazırda “Liverpul” 51 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest